Untitled Document
Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Şəki indiyədək təkcə özünün məşhur Xan sarayı, ədəbiyyat, fikir adamları ilə tanınırdısa, indi bu şərəfli siyahıda Şəki Azərbaycan–Türk özəl liseyi də özünəməxsus yer tutur. Şən, nikbin, hazırcavab, zəkalı və təhsilə çox maraqlı olan şəkililərin israrlı tələbi nəticəsində açılan və əhali ilə bir ailə kimi fəaliyyətə başlayan liseyimiz qısa müddətdə təkcə Şəki şəhərində deyil, Qafqazın cənub ətəklərində bütün ərazidə rəğbətlə qarşılandı.

Qısa müddətdə verdiyi yüksək standartlarda təlim və tərbiyə ilə özünü doğruldan lisey bu gün ən müasir maddi-texniki baza ilə yanaşı öz peşəsini sevən, ölkənin gələcəyinin onlardan asılı olacağını dərk edən və gecəli-gündüzlü Azərbaycan üçün savadlı, geniş dünyagörüşlü, bacarıqlı insanlar yetişdirməyi öz həyat amalı qəbul edən müəllim kollektivinə malikdir.

Qarşılıqlı sevgi və hörmət üzərində qurulan hər bir fəaliyyətin sonu və nəticəsi isə müvəffəqiyyətdir. Buna görədir ki, indiyədək şagirdlərimiz təlimdə və tərbiyədə yüksək nəticələr əldə edirlər. Onlar respublikada və dünyanın müxtəlif yerlərində keçirilən fənn olimpiadaları və bilik yarışlarında doğma Azərbaycanımızı layiqli şəkildə təmsil edirlər.

Məzunlarımızın müxtəlif ali məktəblərə qəbul imtahanlarında göstərdikləri 95-100% müsbət nəticə hamını sevindirir.

Şəki Azərbaycan - Türkiyə Özəl Liseyi
Şəki şəh. F. Əbdürrəhmanov küç. 1
Tel:(+994 177) 6 00 02
Fax:(+994 177) 6 00 52
e-mail: seki@cag.edu.az